RU

Yəməndə BMT-nin 20 əməkdaşı saxlanıldı


Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən “Ənsar Allah” üsyançı hərəkatından olan husilər paytaxt Sənada BMT-nin 20 əməkdaşını, o cümlədən 15 xarici vətəndaşı saxlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, BMT əməkdaşları casusluqda ittiham olunur.  
BMT mətbuat xidmətinin verdiyi məlumata görə, insident ötən gün, “Ənsar Allah”ın silahlı üzvləri xəbərdarlıq etmədən binaya daxil olduqda baş verib. 11 Yəmən vətəndaşı dindirildikdən sonra sərbəst buraxılıb, lakin 15-i xarici ölkə vətəndaşı olmaqla 20 əməkdaş hələ də həbsdədir.
Məlumata görə, BMT bu ciddi insidenti mümkün qədər tez həll etmək, bütün saxlanılan əməkdaşların azad edilməsini təmin etmək və onun obyektlərinə tam nəzarəti bərpa etmək üçün Sənadakı hakimiyyət orqanları, eləcə də beynəlxalq səviyyədə tanınan Yəmən hökuməti ilə əlaqə saxlayır.
Избранный
2
2
yeniavaz.com

3Источники