Onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətiimkan tədbiri seçib. Uzun illər yüksək post tutan akademik Mehdiyev həm də elmlər doktoru, professordur.
Demokrat.az xəbər verir ki, AzEdu.az onun hansı istiqamətlər üzrə müdafiə etdiyini araşdırıb.
Barəsində yer alan məlumatlarda göstərilir ki, o, elmi fəaliyyətini sosial fəlsəfə sahəsində qurub. Namizədlik dissertasiyasını “V.İ. Lenin millətçiliyin və opportunizmin qarşılıqlı əlaqəsi haqqında”, doktorluq işini isə “Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri” mövzusunda müdafiə edib.
Yenə onun barəsində elmi fəaliyyəti ilə bağlı məlumatlara istinad etsək, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə ixtisası üzrə həqiqi üzvü seçilib. 26 kitab və 250-dən çox məqalə müəllifidir.
Xaricdə 7 kitabı və 81 məqaləsi dərc olunub, 39 elmi işi beynəlxalq elmi bazalarda referatlaşdırılıb və indeksləşdirilib.
Ancaq zaman-zaman mətbuata sızdırılan məlumatlarda onun adına yayılan elmi məqalələri, kitabları özünün yazmadığı qeyd olunub.
6Источники
-
ikisahil.azMehdiyevin elmi işləri - Lenin, millətlərarsı münasibətlər... ( 22583803)
-
demokrat.azMehdiyevin elmi işləri — Lenin, millətlərarsı münasibətlər... ( 22583569)
-
demokrat.azRamiz Mehdiyevin elmi işləri — Lenin, millətlərarsı münasibətlər... ( 22567075)
-
modern.azMehdiyevin elmi işləri Lenin, millətlərarsı münasibətlər... ( 22566988)
-
modern.azMehdiyevin elmi işləri - Lenin, millətlərarsı münasibətlər... ( 22566838)
-
azedu.azMehdiyevin elmi işləri, Lenin, millətlərarsı münasibətlər ( 22565290)