RU

Rodriqo Pas Boliviyanın prezident seçkilərində öndədir

BAKI, 20 oktyabr. TELEQRAF

Boliviyanın senatoru Rodriqo Pas ikinci tur prezident seçkilərində öndədir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Məhkəməsinin açıqladığı ilkin nəticələrdə seçici səsverməsinin 97,53%-i üzrə Pasın 54,54% səs topladığı göstərilir.

Onun rəqibi, sabiq prezident (2001–2002) Xorxe Quiroqa 45,46% səs toplayıb. Ali Seçki Məhkəməsinin sədri Oskar Assenteufel bildirib ki, nəticələr ilkin olsa da, "tendensiya geri dönməzdir".

Qeyd edək ki, Rodriqo Pas Boliviyanın sabiq prezidenti Hayme Pas Samoranın oğludur.

Rəsmi andiçmə 8 noyabrda olacaq.

Избранный
108
teleqraf.com

1Источники