RU

Uçuş zamanı təyyarənin ön şüşəsi çatladı

BAKI, 20 oktyabr. TELEQRAF

ABŞ-da “United Airlines” aviaşirkətinə məxsus “Boeing 737 MAX” tipli sərnişin təyyarəsi 11 min metr hündürlükdə olduqda ön şüşəsində çat əmələ gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "The Aviation Herald" portalı məlumat yayıb.

Hadisə nəticəsində təyyarə məcburi şəkildə Solt-Leyk-Siti hava limanına eniş edib.

Məlumata görə, təyyarə Denver–Los-Anceles marşrutu ilə uçurdu.

Sərnişinlər altı saatlıq gecikmə ilə Los-Ancelesə çatdırılıblar.

Избранный
132
teleqraf.com

1Источники