BAKI, 19 oktyabr. TELEQRAF
Məşhur sovet boks məşqçisi Oleq Çexov Reutovdakı mənzilində ölütapılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məşqçinin meyitini atəş səslərini eşidən qonşular aşkar ediblər. Mütəxəssisin intihar etdiyi ehtimal edilir və buna səbəbin motivi araşdırılır.
Qeyd edək ki, Çexov 30 ildən artıq məşqçilik təcrübəsi olan yüksək səviyyəli məşqçidir. O 1971-1977-ci illərdə "Luç" idman klubunda; 1978-1983-cü illərdə və 1985-1991-ci illərdə Moskva Hərbi Dairəsinin, 1983-cü ildən 1992-ci ilə qədər Anqola milli komandasının və indiki idman klubunun məşqçisi olub. Çexovun yetirmələri arasında dünya və Avropa çempionları var. Onun yetirmələri SSRİ çempionatlarında və Spartakiadalarda 20-dən çox medal qazanıblar. Çexovun rəhbərliyi altında Moskva Hərbi Dairəsinin komandası yeddi dəfə SSRİ çempionu olub.