RU

Ronaldu klub səviyyəsində 800 qol vuran ilk futbolçu oldu

"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunda "Əl-Fateh"i 5:1 hesabı ilə məğlub etdiyi oyunda vurduğu qol onun klub səviyyəsində 800-cü qolu olub.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, 40 yaşlı forvard tarixdə bu göstəriciyə çatan ilk futbolçudur.

"Qızıl top" mükafatının beşqat sahibi "Real Madrid"də 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Ən-Nəsr"də 99, "Sportinq"də isə 5 qol vurub.

Ümumilikdə portuqaliyalı ulduz karyerası ərzində klub və yığma səviyyəsində 949 dəfə rəqib qapıçıları məyus edib.

“Cebheinfo.az”

Избранный
46
1
cebheinfo.az

2Источники