RU

Cəlilabaddakı yol qəzasında xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

Cəlilabad rayonunda yol qəzasında xəsarət alanların adları bilinib.
 
Moderator.az xəbər verir ki, yaralılar - Səfərli Zülfüqar Zaur oğlu, İdrak Rza Ağahüseyn oğlu, Musayev Əmrah Əlyar oğlu, Əhimov Mahir Səfər oğlu, Məmmədov Əmrah Zaur oğludur.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
11:46
 
Cəlilabad rayonunda ağır yol qəzası baş verib. 
 
Moderator.az xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkət edən “VAZ-2106” markalı minik avtomobili qarşı istiqamətdən gələn “Mercedes” markalı maşınla toqquşub.
 
Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Hadisə ilə bağlı araşdırma aparılır.
Избранный
64
34
moderator.az

10Источники