RU

Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz Hava” aylığı elan edir

Bakı. Trend:

Son zamanlar avtomobil yollarında mühərrikinin işlənmişqazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadanartıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir.Hesablamalara görə, ölkəmizdə atmosferə atılan çirkləndiricimaddələrin təxminən 88 faizi məhz avtomobillərdən atılantullantıların payına düşür. Nasaz nəqliyyat vasitələrinin istismarıhavanı çirkləndirməklə yanaşı, həm də tez-tez yollarda tıxaclarınyaranmasına və ağır yol qəzalarına da səbəb olur.

Trend xəbər verirki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş DövlətYol Polisi İdarəsi bu sahədə qabaqlayıcı tədbirlərin görülməsiməqsədilə 2025-ci il oktyabr ayının 20-dən noyabr ayının 20-dəkEkologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikaərazisində “Təmiz hava” aylığı elan edir.

Bununla əlaqədar nəqliyyat vasitələrinin sürücülərinə, eləcə dəsərnişin və yükdaşıma fəaliyyəti həyata keçirən fiziki və hüquqişəxslərə istifadələrində olan avtomobillərin yanacaq sistemini sazvəziyyətdə saxlamaq tövsiyə olunur.

Nəzərə alınmalıdır ki, ətraf mühitə atılan tullantılardamüəyyənləşdirilmiş normadan artıq çirkləndirici maddələr olanavtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasınayol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən olunmuşqaydada məsuliyyət daşıyırlar.

Избранный
79
32
az.trend.az

10Источники