Menopauza yalnız dövrənin bitməsi deyil, beynin kimyasının dəyişdiyi yeni bir dövrdür. Bu mərhələdə hormon səviyyələri düşür və sinir hüceyrələri azalan siqnallara fərqli reaksiya verməyə başlayır. Mütəxəssislər bildirir ki, beyin düzgün həyat tərzi ilə yenidən proqramlana bilər.
Nevroloq Prof. Dr. Derya Uludüz xəbərdarlıq edir: "Hormon tarazlığı, qidalanma, stress idarəsi və aktiv həyat bir yerdə tətbiq olunarsa, beynin qocalma prosesi yavaşladılır."
Estrogen azalanda - yaddaş və diqqət zəifləyir
Estrogen yalnız qadınlıq hormonu deyil, beyində sinir hüceyrələri arasında əlaqəni gücləndirən əsas tənzimləyicidir. Bu hormon yaddaşı, diqqəti və öyrənmə prosesini aktiv saxlayır, serotonin və dopamin istehsalını dəstəkləyir.
Menopozda estrogen azaldıqda:
- Nevron əlaqələri zəifləyir
- Yaddaşda ləngimə, söz tapmaqda çətinlik yaranır
- Diqqəti toplamaq çətinləşir
Nə etməli?
  Həftədə ən az 5 dəfə açıq havada yüngül idman
  Kətan toxumu, nar, soya kimi bitki mənşəli estrogen mənbələri
 Sarıkök, zəncəfil, rozmarin - beyin damarlarını qoruyur
Estrogen azalanda serotonin də aşağı düşür, nəticədə:
- Ruh halı tez dəyişir
- Motivasiya azalır
- "Özümü əvvəlki kimi hiss etmirəm" düşüncəsi yaranır
Nə etməli?
  Səhər 20 dəqiqə günəş vannası
  Yumurta, yulaf, banan, qoz - serotonin istehsalını artırır
  Sakit tempdə gəzinti və nəfəs məşqləri - dopamin üçün təbii dəstək
Progesteron beynin təbii sakitləşdiricisidir. Azaldıqda:
Yuxuya getmək çətinləşir
 Gecələr tez oyanma baş verir
 Stress hormonu kortizol yüksəlir
 Beyin gecə toksinləri təmizləyə bilmir - demans riski artır
Nə etməli?
  Hər gün eyni saatda yatmaq
  Yatmazdan əvvəl melisa, lavanda və ya çobanyastığı çayı
  4-7-8 nəfəs texnikası ilə stressin azaldılması
  Şəkər, ağ un və kafeini azaltmaq
Testosteron yalnız kişilərə aid deyil - qadın beyninin enerji mənbəyidir. Azaldıqdaenerji azalır, qərarsızlıq, halsızlıq və motivasiya itkisi olur.
Nə etməli?
  Həftədə bir neçə dəfə yüngül ağırlıq məşqləri
  Proteinli və sinklə zəngin qidalar: ət, balıq, yumurta, badam, mərci, avokado, fıstıq
  Kiçik, real məqsədlər qoymaq - beynin motivasiya mərkəzini aktivləşdirir
Menopozdan sonra beyin "enerji qənaəti" rejiminə keçir, diqqət və öyrənmə yavaşlayır. Bu, tez-tez yaşanan zehni yorğunluq və bulanıqlığın əsas səbəbidir.
Nə etməli?
  Zeytun yağı, balıq, avokado kimi antiinflamatuar qidalar
  Həftədə 150 dəqiqə orta tempdə gəzinti - beyinin qan dövranını artırır
 
 Lalə Qüdrətova
 Milli.Az
 
                        