RU

Marketdə iş qəzası baş veribVİDEO

Paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən marketdə çalışan 2008-ci il təvəllüdlü Əzimov Əli Əkbər oğlu yük qaldırıcı qurğuya ilişib.

Xezerxeber.az-ın məlumatına görə, dərhal ətrafdakılar Fövqəlada Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat veriblər. 

Məlumatla əlaqədar hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Müəyyən olunub ki, 2008-ci il təvəllüdlü Əzimov Əli Əkbər oğlu marketin daxilində istifadə olunan qaldırıcı qurğu ilə yükləri qaldırarkən müvazinətini itirərək yıxılıb və ayağı qurğu ilə divarın arasında sıxılılaraq təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə Ə.Əzimovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Baş vermiş hadisə ilə bağlı, TƏBİB-dən "Xəzər Xəbər"ə bildirildi ki, oktyabr ayının 18-i saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu ərazisindən təcili çağırış daxil olub.

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 17 yaşlı şəxs sağ ayağın travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Избранный
80
xezerxeber.az

1Источники