RU

Yunanıstan Azərbaycandan neft idxalını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana268,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış500,7 min ton xam neft və neft məhsulları ixrac edilib.

Bu haqda TrendAzərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 123,7 milyon ABŞ dolları və ya 1,9dəfə, həcm baxımından isə 272 min ton və ya 2,2 dəfə çoxdur.

Hesabat dövründə Yunanıstan Azərbaycan neftinin ən çox ixracedildiyi ölkələr arasında 7-ci yeri tutub.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları dəyərində 16,996milyon ton bitumlu süxurlardan alınan xam neft və neft məhsullarıixrac edilib.

Məlumatlara görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 2,069 milyard ABŞ dolları və ya 18,8faiz, həcmi baxımından isə 613 min ton və ya 3,5 faiz azdır.

Məqalədə:
Избранный
75
2
az.trend.az

10Источники