RU

Mehriban xanım Əliyevanın Vatikan səfəri Azərbaycanın sülh gündəliyinə sadiqliyinin təsdiqidir - RƏY

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vatikan səfəri Azərbaycanın xalqının cari mövqeyini və vizyonunu ortaya qoyur. Heydər Əliyev Fondu təsis olunduğu ilk gündən sadəcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində dinlərarası, mədəniyyətlərarası əlaqələrin təşviqinə mühüm töhfələr verib. Cənab Prezident İlham Əliyev bildirir ki, “Multikulturalizm Azərbaycanın yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri deyil, bu dəyərlər həm də Azərbaycan cəmiyyətinin həyat tərzidir”. Müxtəlifliyin etirafı insan həyatının hər bir sahəsində zəruridir. Azlığa diqqət müxtəlif şəxsiyyətlərin unikal xüsusiyyətlərini tapmaq vasitəsidir. Azərbaycan məhz bu amilləri praktikada həyata keçirən dövlətdir. Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri, sıx qrafik çərçivəsində reallaşdırdığı faydalı görüşləri, xüsusilə də, Papa XIV Leo ilə görüşü Azərbaycanın dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında körpü roluna diqqət çəkir. Əhalisinin çoxu müsəlman olsa da, Azərbaycan torpağı əsrlər boyu müsəlmanlarla bərabər xristianların, yəhudilərin və digər dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı torpaqdır. Azərbaycan yürütdüyü siyasətlə müxtəlif xalqlar, millətlər, mədəniyyətlər və dinlər arasında anlaşma, öhdəlik və fərqliliklərə hörmət axtarmaq üçün müsbət əlaqə imkanı yaradır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

 

“Dövlətlər arasında münasibətlərdə ən azından fikir ayrılıqları potensialı həmişə mövcuddur. Diplomatiyanın rolu isə problemləri və fikir ayrılıqlarını münaqişəyə çevrilməmişdən əvvəl qabaqcadan görmək və həll etməkdir. Digər mühüm mərhələ  sülhə gedən yolda diplomatiyanın ən mühüm qollarından biri kimi humanitar sahə vasitəsilə prosesə verilən töhfədir. Humanitar diplomatiyanın önəmi dünyanın cari və yeni çağırışları baxımından daha da artmışdır. Azərbaycanın cari gündəliyi isə sülh gündəliyidir. Cənab Prezident İlham Əliyev son zamanlarda iştirak etdiyi platformalardan bu məsələni daha da aktuallaşdırır. Dövlət başçımızın hər zaman olduğu kimi ən yaxın və ən sadiq silahdaşlarından biri Birinci vitse-prezident Mehriban Əliyeva məhz bu gündəliyə hərtərəfli töhfə baxımından humanitar diplomatiyamızı dünyaya çatdırır. Hörmətli Mehriban xanım Əliyeva atdığı addımlarla sadəcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da insanların siyasi, mülki, iqtisadi, sosial, humanitar hüquqlarına hörməti təşfiq etmək üçün çalışır. Məhz bu fəaliyyət Azərbaycan xanımının sahib olduğu ən ali dəyərlərin dünyaya tanıdılması deməkdir. Azərbaycan xalqının xislətinin, Azərbaycan xanımın ismətinin bundan gözəl təqdimatı ola bilməz. Mehriban xanım Əliyeva hər zaman potensial fikir ayrılıqlarının belə danışıqlar yolu ilə həll edilməsinə töhfə verib. Qlobal qüvvələr dəyişdiyi və regional bölünmələr alovlandığı üçün humanitar diplomatiyanın önəmi hər zaman olduğundan daha vacibdir. Məhz humanitar sahədə xarici təcrübənin nəzərə alınması və qarşılıqlı sahib olunan dəyərlərin mübadiləsi ölkənin xarici siyasətinin uğurla həyata keçirilməsində vacibdir. Birinci xanımımızın fəaliyyəti  məhz sabit siyasi əlaqələrin vacibliyini vurğulayır”, - politoloq bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 18 Oktyabr 2025, 14:32   
Избранный
23
pravda.az

1Источники