RU

9 aylıq hamilə model podiuma çıxdı FOTOlar

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünyaca məşhur "Victoria's Secret 2025" moda şousu bu il də unudulmaz anlarla izləyiciləri heyran edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, tədbirin ən diqqətçəkən məqamı model Casmin Tukisin səhnəyə çıxışı olub. O, hamiləliyinin doqquzuncu ayında olmasına baxmayaraq, şounun açılışını edərək tamaşaçılardan böyük alqış qazanıb.

Casmin səhnədə zərif və ahəngdar hərəkətləri ilə fərqlənib, özünəxas duruşu və peşəkarlığı ilə nəhəng auditoriyanın diqqətini cəlb edib.

Mütəxəssislər və moda həvəskarları onun çıxışını "qadın gücünün və zərifliyinin simvolu" kimi dəyərləndiriblər. Beləliklə, "Victoria's Secret 2025" şousu təkcə moda nümayişi deyil, həm də ilhamverici anlarla yadda qalıb.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
1
news.milli.az

2Источники