RU

Azərbaycan dəmir yollarının 145 illiyi münasibətilə iməcilik keçirilib

BAKI, 17 oktyabr. TELEQRAF

Azərbaycan Dəmir Yolları” QSC (ADY) Azərbaycan dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə dəmir yolunun Biləcəri sahəsində iməcilik keçirib.

ADY-dən Teleqraf-a verilən məlumata görə, tədbirin məqsədi ADY-nin ekoloji məsuliyyəti çərçivəsində ətraf mühitin mühafizəsini gücləndirmək, əməkdaşlar arasında ekoloji maarifləndirməni artırmaq və dəmir yollarının təmizliyini qorumaqdır.

İməcilikdə zəruri sanitar ləvazimatlarla təchiz olunmuş ADY əməkdaşları alaq otlarının, eləcə də dəmiryol xətlərinin üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradan məişət tullantılarının təmizlənməsi kimi işləri yerinə yetiriblər.

Toplanmış tullantı aidiyyəti üzrə təhvil verilib.

ADY ənənəvi iməciliklər vasitəsilə dəmir yolları ətrafında yerləşən icmaların sağlamlıq və gigiyenik şəraitinin yaxşılaşdırılmasına töhfə verir.

Избранный
66
teleqraf.com

1Источники