RU

"Fənərbaxça" Leon Qoretskanın transferi üçün hərəkətə keçib

"Fənərbaxça" Almaniyanın "Bavariya" klubunda çıxış edən yarımmüdafiəçi Leon Qoretskanı transfer etmək niyyətindədir.

Missiya.Az "Bild"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi qış transfer dönəmində 30 yaşlı futbolçunu heyətinə qatmaq üçün addım atmağı planlaşdırır.

Məlumata görə, "Bavariya" yüksək maaş səbəbilə müqaviləsi başa çatan Qoretska ilə yeni sözləşmə imzalamaq istəmir.

"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko futbolçu ilə əvvəllər "Şalke"də çalışıb və onu komandasında görmək istəyir.

Qoretska cari mövsümdə bütün turnirlər üzrə 8 oyunda iştirak edib və 450 dəqiqə meydanda olub.

Seyranə QuliyevaMissiya.Az

Избранный
2
1
missiya.az

2Источники