RU

“Ramiz Mehdiyevlə bağlı rəsmi mövqe yoxdursa…”

Ramiz Mehdiyevlə bağlı bu gün baş verənlərə lağ-lağı ilə yanaşanlar diqqətli olsunlar. Bu gün ölkədə baş verənlər çox ciddi hadisədir.

Tribunainfo.az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov bildirib. O qeyd edib ki, baş verənlər artıq Azərbaycan və Rusiya arasında sınma nöqtəsidir:

“Bu dəqiqələrə qədər Ramiz Mehdiyev və dəstəsi haqqında rəsmi mövqe yoxdur. Bu ondan xəbər verir ki, çoxlarının düşündüyü kimi bu sadə və tək qalmış pensioner Ramiz Mehdiyevlə bağlı olan proses deyil.
Bu il 30 iyunda Rusiya ilə Azərbaycan arasında baş verənlər barədə yazı yazıb bildirmişdim ki, baş verənlər artıq Azərbaycan və Rusiya arasında sınma nöqtəsidir.
Ona görə də bu gün baş verənlərə lağ-lağı ilə yanaşanlardan bir daha xahiş edirəm ki, diqqətli olsunlar. Bu gün ölkədə baş verənlər çox ciddi hadisədir və tam müstəqil olmaq üçün Rusiyadan asılılığın aradan qaldırılmasında bir şansdır”.

Gülşən Rəsul

Избранный
12
2
tribunainfo.az

3Источники