RU

“Sədərək” ticarət mərkəzindən Ramiz Mehdiyevlə bağlı açıqlama: “Onun nəyinə gərəkdir, “Sədərək”də mağaza götürə, paltar satıla?”

“Ramiz Mehdiyevin “Sədərək” ticarət mərkəzində heç bir obyekti yoxdur. Birmənalı olaraq təkzib  edirəm. Ramiz Mehdiyev “Sədərək”də balaca dükanları neyləyir ki? Onun ölkənin hüdudlarından kənarda – xaricdə elə böyük obyektləri, Sevan gölünün ətrafında oteli var. Bunlar hamısı sübut olunub. Onun nəyinə gərəkdir, “Sədərək”də bir mağaza götürə, burda paltar satıla?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında "Sədərək" ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib.

 

“Əlinizdə Ramiz Mehdiyevin “Sədərək”də obyekti olmasını təsdiq edən nəsə var?  Onun ölkənin hər yanında obyektləri, villaları mövcuddur. Yəqin ki, əsası var, siyahısını da qoyublar”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 16 Oktyabr 2025, 11:57   
Избранный
26
3
pravda.az

4Источники