RU

Azərbaycanın ilk üç rüb üzrə ticarət balansındakı qalıq $1.84 mld.-a düşüb

2025-ci ilin ilk 9 ayında Azərbaycan xariclə ticarət balansında 1 milyard 837 milyon dollarlıq qalıq yaranıb. Avqusta qədər isə bu rəqəm 2 milyard 13 milyon dollar idi.

Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,5 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,3 % azalıb, idxal isə 14,5 % artıb.

Azərbaycan 16 milyon 996 min 208,46 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Azərbaycandan ixrac edilən xam neftin dəyəri 8 milyard 938 milyon 864,59 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,5 %, dəyəri isə 18,8 % azdır.

Ötən 9 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 48,04 % olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,3 % azalıb, idxal isə 14,5 % artıb.

Избранный
76
banker.az

1Источники