RU

Ramiz Mehdiyevin Qəbələdə milyonluq villası: ildə bir dəfə ziyarət edilən “səssiz iqamətgah”

Azərbaycanın sabiq Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin Qəbələ rayonunda yerləşən lüks villası barədə yeni məlumatlar üzə çıxıb.

30 hektarlıq ərazidə 6–8 milyonluq mülk

Məlumata görə, villa Qəbələ rayonunun Qəmərəvan kəndində, Çömçə bulaq yolunun sol hissəsində, təqribən 30 hektarlıq geniş torpaq sahəsində inşa edilib. Tikilinin və ərazinin dəyəri 6–8 milyon manat arasında qiymətləndirilir.

Ərazidə müasir memarlıq üslubunda tikilmiş əsas bina, əlavə qonaq evi, mühafizə məntəqələri, süni göl və istirahət zonaları mövcuddur. Yaxınlıqda yaşayan sakinlər bildirirlər ki, mülk uzun illərdir mövcuddur, lakin sahibi tərəfindən nadir hallarda istifadə olunur.

Yerli mənbələrin verdiyi məlumata görə, Ramiz Mehdiyev villaya ildə cəmi bir dəfə baş çəkir. Onun son səfəri isə  kürəkəni İlham Əliyevin övladının ad günü mərasiminə təsadüf edib.

Sakinlər iddia edirlər ki, həmin tədbir zamanı əraziyə çoxsaylı avtomobillər və mühafizə əməkdaşları cəlb olunub, giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb. Həmin tarixdən sonra isə villa yenidən boş vəziyyətdə qalıb.İddia olunur ki, Ramiz Mehdiyevin Qəbələ şəhərində daha iki bahalı villası var. Qəbələdə olan əmlaklar onun qızının adına rəsmiləşdirilib.

Villanın yerləşdiyi ərazi kənardan müşahidə olunması çətin olan zonada yerləşir. Ətrafı yüksək daş hasarlarla əhatə olunub, həm yol, həm də giriş qapıları xüsusi nəzarət altındadır. Sakinlərin sözlərinə görə, orada daimi olaraq mühafizəçilər və texniki personal qalır.

Ramiz Mehdiyev uzun illər dövlət qulluğunda yüksək vəzifələr tutub, lakin onun gəlir və əmlak bəyanatlarında bu səviyyədə mülk göstərilməyib. Bu səbəbdən Qəbələdəki milyonluq villa onun və ailə üzvlərinin sərvət mənbələrinə dair sualları yenidən gündəmə gətirir.

image-img-20251015-wa0130

Ekspertlər hesab edirlər ki, bu kimi əmlaklar barəsində ictimaiyyətin məlumatlandırılması dövlət məmurlarının şəffaflıq öhdəlikləri baxımından mühüm əhəmiyyət daşıyır.

Избранный
6
veteninfo.az

1Источники