RU

Azərbaycanda ərəblərin pul yatıracağı bankın vəziyyəti açıqlandı - HESABAT

Azərbaycanda dövlətin payı olan 2 bankdan biri – «AzərTürk Bank» 2025-ci ilin 9 aylıq dövrü üzrə yekunlarını açıqlayıb.

FED.az xəbər verir ki, hesabat dövründə bank mənfəətlə işləməyə davam edib. Beləliklə, 2025-ci ilin ilk 9 ayında «Azər Türk Bank»ın faiz gəlirləri 97 milyon manata yüksəlib, bu ötən ilin eyni dövrü ilə müqayisədə 21 milyon manati və ya təqribən 28% artıqdır.

Maraqlıdır ki, bu gəlirlərin yalnız 62 milyon manatı kredit portfelinin payına düşüb, qalan 35 milyon manat və ya gəlirlərin 3-də birindən çoxu başqa mənbələrdəndir. Özü də kredit portfelindən gəlirlər 10 milyon manat və ya təqribən 20% artdığı halda, digər mənbələrdən olan faiz gəlirləri 11 milyon manat, amma 44% yüksəlib.

Faiz gəlirlərinin 25,5 milyon manatı başqa banklardakı depozitlərdən, 9,5 milyon manat isə qiymətli kağızlardan daxil olub.

Faiz xərclərində də artım var – 51 milyon manat və ya əvvəlki illə müqayisədə 19 milyon manat artıqdır. Faiz xərcinin böyük hissəsi – təqribən 46 milyon manatı depozit sahiblərinə ödənilən faizlərdir. 3,5 milyon manat isə bankın aldığı kreditlərin faiz ödənişi olub.

Nəticədə ilk 9 ayda bankın xalis faiz gəliri 46,3 milyon manat olub – 2 milyon artım baş verib.

«Azər Türk Bank»ın qeyri faiz gəlirləri isə təqribən 28 milyon manat olub. Bunun 900 min manata yaxın hissəsi müştərilərə xidiət üzrə haqq və komissiya gəlirləridir. Əvəzində bank xarici valyuta əməliyyatlarından təqribən 10 milyon manat gəlir əldə edib.

Daha 17 milyon manat qeyri-faiz gəliri isə sair mənbələrdən alınıb.

2025-ci ilin ilk 9 ayında «AVzər Türk Bank»ın qeyri-faiz xərcləri təqribən 10 milyon manat artaraq 57 milyon manata yaxınlaşıb. Əsas artım əmək haqqı fondunda baş verib – ilk 9 ayıda bankda əmək haqqına sərf edilən vəsaitlər 5,4 milyon manat və ya 27% artıb.

Nəticədə hesabat dövründə bankın əməliyyat mənfəəti 17,6 milyon manat olub.

Bu məbləğdən 5,9 milyon manat mümkün zərərlər üzrə ehtiyatlara ayrılıb, 2,3 milyon manat isə mənfəət vergisi kimi ödənilib.

Nəticədə bank 9 ayı 9,4 milyon manat xalis mənfəətlə tamamlayıb.

2025-ci ilin 9 ayının yekununda «Azər Türk Bank»ın aktiıləri 1 milyard 850 milyon manat ətrafında olub. Bu məbləğin 787 milyon manatı kredit portfeli, 659 milyon manatı başqa banklardakı depozitlərdədir.

Bankdakı nağd vəsaitlər 152 milyon manat, qiymətli kağızlara yatırımlar isə 186 milyon manat olub.

Bankın öhdəlikləri 1 milyard 733 milyon manat olub kİ, bunun da böyük hissəsi – 1,2 milyard manat depozit portfelinin payına düşür. Fiziki şəxslərin əmanətləri 203 milyon manat oldubu halda, şirkətlərin depozitləri 984 milyon manatdır.

Bundan başqa, «Azər Türk Bank»ın Mərkəzi Bank qarşısında 207 milyon manat, başqa banklar qarşısında 238 milyon manat öhdəliyi var. Daha 67 milyon manat öhdəlik isə qiymətli kağızlar – istiqrazlar üzrədir.

Bankın kapitalı davmlı olaraq artmaqdadır. İlin əvvəlində 107 milyon manat olan bu göstərici 9 ayın tamamında 116 milyon manatı keçib. Artımda səhmdarların 29 milyon manat əlavə edərək 79 milyon manata qaldırdığı səhmdar kapitalının da böyük rolu olub.

Kapitaldakı bölüşdürülməyən mənfəət hissəsi isə 31 milyon manatdan artıqdır.

Избранный
3
fed.az

1Источники