RU

Şirkətlər "YeloBank"dakı pullarını geri çəkiblər

Bu ilin yanvar- sentyabr aylarında "YeloBank" ASC-nin əsas maliyyə göstəricilərində azalmalar müşahidə olunub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, banklar və digər maliyyə institutlarındakı depozitlər ötən ilin sonu ilə müqayisədə 61.16% azalaraq, 61,743.80 manatdan 23,976.91 manata düşüb. Bu, 37,766.89 manatlıq azalma deməkdir.

Eyni zamanda, banklar və digər maliyyə institutlarına verilən kreditlərdə də azalma qeydə alınıb — 11,971.80 manatdan 11,579.66 manata enib. Bu göstərici üzrə azalma 392.14 manat və ya 3.27% təşkil edir.

Hüquqi şəxslərin depozitləri üzrə də azalma müşahidə olunub. Hesabat dövründə depozitlər 197,822.07 manatdan 160,116.07 manata düşüb. Bu da faiz ifadəsində 19.06%, valyuta ilə 37 milyon 706 min manat azalma deməkdir.

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər isə 23,080.18 manatdan 19,256.99 manata enib. Bu, 3,823.19 manat və ya 16.56% azalma deməkdir.

Избранный
27
publika.az

1Источники