RU

Azərbaycan təkmil inkişaf modeli ilə hər kəsi heyrətləndirir - Deputat

Ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkilərinin keçirilməsi 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  müəyyənləşdirdiyi siyasətin 2003-cü ildən  Prezident İlham Əliyevin uğurla davam etdirməsinin təqdimatıdır. Seçkilərdə inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam.

Bunu "Unikal"a  açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. 

Parlamentari vurğulayıb ki, bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur.

"Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi” söyləyən dövlətimizin başçısı  qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail olduğunu təsdiqlədi". 

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 22 ildə qazandığı uğurların zirvəsində dayanır. Bu zirvədən arxada qalan illərə baxdıqda böyük qətiyyətin, fədakarlığın, böyük səylərin şahidi oluruq. Güclü Azərbaycan hər zaman əsas hədəf olub. Azərbaycan gücləndikcə əsl sahibini gözləyən torpaqlarımızın azad ediləcəyinə inam daha da artdı. 

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin atdığı hər bir addımda dövlətin, xalqın maraqları öndə dayanır. İnsan amilinə yüksək dəyər, vətəndaş məmnunluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır. Dövlətimizin başçısının Prezident kimi fəaliyyətə başladığı ilk gündən səsləndirdiyi “Neft kapitalını insan kapitalına çevirək!” çağırışı özündə bütün məqamları ehtiva edir.  

Milli Məclisin deputatı bildirib ki, 22 il zaman baxımından az olsa da görülən işlərin, qazanılan uğurların, Zəfərlərin miqyası baxımından 100 ilə bərabər bir dövrdür. Hər bir vədin arxasında real addımlar dayanır, Azərbaycan təkmil inkişaf modeli ilə hər kəsi heyrətləndirir. Çünki elə bir sahə yoxdur ki, ölkəmizin təcrübəsi nümunə göstərilməsin. 

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı qalibiyyətə qovuşdurdu. Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın  hədəflərindən bəhs edirik. Artıq Xankəndidə, Xocalıda, Şuşada, Cəbrayılda, Xocavənddə, azad edilmiş bütün şəhər və kəndlərimizdə Azərbaycan Bayrağı dalğalanır.  Bu torpaqlarımız genişmiqyaslı bərpa-quruculuq işləri ilə dünyaya şəhərsalmanın  müasir təcrübəsini təqdim edir. Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. 

Millət vəkili bildirib ki, 22 ilin uğurları, Zəfərləri irəliyə daha böyük inamla addımlamağa stimul verir. Qarabağımız, Şərqi Zəngəzurumuz azadddır, dirçəlir, bu torpaqlara yeni həyat qayıdır. Qarabağın, Şərqi Zəngəzurun hava qapıları dünyaya açılıb. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları bu ərazilərimizin gələcəkdə böyük turizm, investisiyalar məkanına çevriləcəyində əhəmiyyətli rol oynayacaq. Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranır. 

Избранный
69
50
unikal.az

10Источники