“AFB Bank” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 17,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 274,6 min manat (1,6%) artımdır.
Bu artımın əsas səbəbi, müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlir olub. Bu maddə 15,0 milyon manata yüksəlib ki, bu da illik 1,8 milyon manat (13,7%) artım deməkdir.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1,0 milyon manata enərək 583,5 min manat (36,2%) azalıb.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 778,4 min manata enərək 893,8 min manat (53,4%) azalıb.
Hesabat dövründə faiz xərcləri 5,5 milyon manat təşkil edib. Bu da illik müqayisədə 1,2 milyon manat (28,4%) artımdır.