Erməni əsilli rusiyalı biznesmen Samvel Karapetyanın müdafiə qrupunun üzvü, ABŞ-da yaşayan yəhudi mənşəli tanınmış vəkil Robert Amsterdamın sözləri dünən saatlarla Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri tərəfindən yayılıb. Bu, faktiki olaraq hüquq-mühafizə orqanlarına “Ermənistan Respublikasına qarşı çıxış edən vəkili həbs edin” mesajı kimi təqdim olunub,”
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir məlumat yerli müxalifyönlü “Joxovurd” qəzeti tərəfindən yayılıb.
Bəs amerikalı vəkil nə demişdi?
“Biz Samvel Karapetyan azad olunana qədər hər gün Ermənistana ‘hücum’ edəcəyik.”
Doğrudur amerikalı vəkil sonradan bu sözlərlə fiziki hücumu deyil, beynəlxalq hüquqi və siyasi təzyiq mexanizmlərini nəzərdə tutduğunu deyib. Lakin “Vətəndaş Müqaviləsi” partiyasının deputatları və onlarla əlaqəli QHT-lər bu ifadəni “dövlətə qarşı təhdid” kimi şərh ediblər.
Buna görə də, vəkilin cəzalandırılması tələb olunur.
Qəzetin mənbələrinə görə, Robert Amsterdamın fəaliyyətinə məhdudiyyət qoyulması məsələsi artıq hökumət dairələrində müzakirə olunur.
Musavat.com