RU

Bu küçədə içməli su və kanalizasiya xətləri yenilənir

Bakı. Trend:

Fəvvarələr meydanı və Qış Parkı ətrafındakı ərazidə piyadalarınsərbəst və rahat hərəkət etməsi üçün piyada zonalarının yaradılmasıvə geniş abadlıq-quruculuq işləri davam etdirilir. Bu çərçivədə İriŞəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin “Sutikinti” MMCtərəfindən Yasamal rayonu İslam Səfərli küçəsində içməli su vətullantı su xətlərinin yenilənməsi işləri aparılır.

Bu barədə Trend-ə İri Şəhərlərin Birləşmiş Su TəchizatıXidmətindən məlumat verilib.

Bildirilib ki, layihə üzrə müxtəlif diametrli içməli su vəkanalizasiya xətləri inşa edilir. Görülən işlər çərçivəsindədiametri 63, 110, 280, 400, 300 millimetrlik köhnəlmiş borularyeniləri ilə əvəzlənib.

Ümumilikdə 967 metr içməli su xətti, 493 metr kanalizasiya xəttidəyişdiriləcək. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.

Избранный
38
25
az.trend.az

10Источники