RU

Aydın Kərimov: Şuşada 2027-ci ilin əvvəlinə qədər 45 bina təhvil veriləcək

XANKƏNDİ, 15 oktyabr. TELEQRAF

Gələn ilin sonu, 2027-ci ilin əvvəlində Şuşada 800-dən çox mənzilin olduğu 45 binanın təhvil verilməsi nəzərdə tutulur. Buraya 1411 nəfər, 380 ailə artıq köçürülüb, 3 mindən artıq sakin isə köçürüləcək.

Teleqraf-ın Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə açıqlmasında Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib.

O bildirib ki, binaların tikintisinə artıq başlanılıb:

“Ərazilərdə görülən bütün işlər keçirilən tenderlər əsasında görülür. Plana əsasən ümumilikdə Şuşaya 8 min nəfər köçürüləcək. İlin əvvəlindən Şuşaya 430 min turist səfər edib, 23 min gecələmə olub”.

Aydın Kərimov əlavə edib ki, gələn ilin yazından etibarən Şuşada "hiking" (yürüşü) turları başlayacaq:

“Bu barədə bütün işlər artıq hazırdır”.

Aydın Kərimov əlavə edib ki, gələn ilin yazından etibarən Şuşada "hiking" (yürüşü) turları başlayacaq:

“Bu barədə bütün işlər artıq hazırdır”.

Избранный
106
teleqraf.com

1Источники