RU

15 oktyabr İlham Əliyevin ilk dəfə Prezident seçildiyi gündür

15 oktabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçildiyi gündür.

Missiya.Az xatırladır ki, İlham Əliyev 2003-cü il oktyabrın 15-də seçicilərin 76 faizindən çoxunun səsini alaraq, Azərbaycan Respublikasının Prezidenti seçilib.

Qeyd edək ki, 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Ölkə başçısı Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Evlidir. Üç övladı və 9 nəvəsi var.

Daşqın Həsənov

Missiya.Az

Избранный
14
1
missiya.az

2Источники