RU

Tramp İspaniyanı ticarət sanksiyaları ilə hədələyib — Reuters

ABŞ Prezidenti Donald Tramp İspaniyaya qarşı ticarət sanksiyalarının tətbiqini nəzərdən keçirdiyini açıqlayıb.

Editor.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, bu qərarın səbəbi Madridin müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaqdan imtina etməsidir.

“İspaniyadan çox narazıyam. Bu, müdafiə xərclərini 5 faizə qaldırmayan yeganə ölkədir… Buna görə də onlardan narazıyam”, — deyə Tramp 14 oktyabrda Ağ Evdə jurnalistlərə bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl də NATO müttəfiqlərini hərbi xərcləri artırmadıqlarına görə tənqid etmiş və alyans üzvlərindən müdafiə büdcələrini genişləndirməyi tələb etmişdi.

//Samir Qurbanov, Editor.az

Избранный
24
editor.az

1Источники