RU

Tramp Kirki ölümündən sonra "Azadlıq" medalı ilə təltif edib

ABŞ Prezidenti Donald Tramp sui-qəsd nəticəsində öldürülən mühafizəkar siyasi fəal Çarli Kirki ölümündən sonra "Azadlıq" medalı ilə təltif edib.

"Report"un xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Tramp mükafatı mərhumun həyat yoldaşı Erika Kirkə təqdim edib.

"Çarlz Ceyms Kirk uzaqgörən və öz nəslinin ən görkəmli nümayəndələrindən biri idi", – deyə Tramp mükafatlandırma mərasimində bildirib.

Qeyd edək ki, 2025-ci il sentyabrın 10-da Yuta Universitetində ABŞ Prezidenti Donald Trampın yaxın silahdaşı olan mühafizəkar fəal Çarli Kirk ictimai çıxışı zamanı boğazından güllə yarası alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş, lakin bir qədər sonra vəfat etmişdi.

Sentyabrın 12-də Yuta ştatının qubernatoru Spenser Koks qətldə şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. Onun 22 yaşlı Tayler Ceyms Robinson olduğu bildirilib.

Tramp həmin şəxsin ölüm cəzasına məhkum edilməsini tələb edib.
Избранный
42
sherg.az

1Источники