RU

ABŞ NATO xərclərini artırmaqdan imtina etdiyinə görə İspaniyanı gömrük rüsumları ilə cəzalandıra bilər

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ NATO xərclərini artırmaqdan imtina etdiyinə görə İspaniyanı ikitərəfli ticarətdə gömrük rüsumları tətbiq etməklə cəzalandıra bilər.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə argentinalı həmkarı Xavyer Mileylə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Əslində mən onların etdiklərinə görə ticarətdə rüsumlarla cəzalandırmağı düşünürdüm. Və ola bilsin, mən belə də edəcəyəm”, – deyə ABŞ lideri vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
apa.az

2Источники