RU

Bessent: Vaşinqton Moskvaya təzyiqi artırmağa hazırdır

ABŞ-nin maliyyə naziri Skott Bessent bu ölkədə səfərdə olan Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüşdə bəyan edib ki, Vaşinqton Rusiya üzərində təzyiqin əhəmiyyətli dərəcədə artırılması məqsədilə G7 ölkələri ilə əməkdaşlığa hazırdır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, Bessent Avropadakı ABŞ müttəfiqlərinin yalnız Rusiya deyil, həm də Rusiya neftini alan ölkələrə qarşı təzyiqi artırmalı olduğunu vurğulayıb.

Nazir həmçinin Ukraynanın bərpa fonduna verdiyi dəstəyə görə Sviridenkoya təşəkkürünü ifadə edib.

Bundan əvvəl Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirmişdi ki, Sviridenkonun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ölkənin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi imkanlarını müzakirə etmək üçün ABŞ-yə səfər edib. Görüşlərin digər mövzusu isə Ukrayna energetikası və qarşıdan gələn qış mövsümünə hazırlıq olacaq.

Избранный
8
1
bakivaxti.az

2Источники