RU

Qəzzanın yenidən qurulmasına nə qədər pul lazımdır?

BMT İsrail və HƏMAS arasında atəşkəsin başlamasından sonra Qəzzanın dərhal yenidən qurulmasına çağırır.

BMT-nin Fələstin üzrə xüsusi nümayəndəsi Jaco Cilliers yenidən qurmanın dəyərini 70 milyard dollar həcmində qiymətləndirib: “BMT, Avropa İttifaqı və Dünya Bankının birgə apardığı zərər və ehtiyacların sürətli qiymətləndirilməsinə görə, Qəzzanın yenidən qurulması təxminən 70 milyard dollar (təxminən 61 milyard avroya bərabər) tələb edəcək”, — Jaco Cilliers deyib. Onun fikrincə, yenidənqurma dağıntıların təmizlənməsi ilə başlamalıdır.

Mütəxəssislərin hesablamalarına görə, yenidənqurma prosesinə başlamaq üçün gərgin döyüşlərdən sonra anklavda qalan 55 milyon ton tikinti tullantıları çıxarılmalı olacaq. Cilliers hesab edir ki, yenidənqurma işləri Qəzza zolağının bütün sahələrini əhatə etməyəcək, ona görə də hədəfləri prioritetləşdirmək lazımdır.

Xüsusi nümayəndə bəyan edib ki, növbəti üç il ərzində yenidənqurma işlərinə 20 milyard dollar xərclənəcək və işlərin başa çatdırılması üçün tələb olunan ümumi vaxt onilliklər çəkəcək.

//Samir Qurbanov, Editor.az

Избранный
53
editor.az

1Источники