RU

Samvel Karapetyanı təmsil edən vəkil beynəlxalq qurumlara şikayət edəcək

İrəvanda həbs edilən “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanı təmsil edən Amerika-kanadalı vəkil Robert Amsterdam Ermənistandakı siyasi məhbuslar məsələsi ilə bağlı beynəlxalq qurumları məlumatlandıracağına söz verib.

O bildirib ki, bura həbs edilən din xadimləri də daxildir: “Ermənistan hökumətinin bu nalayiq davranışı davam edə bilməz. Biz təkcə beynəlxalq qurumları deyil, həm də bu hökumətə təsir edə biləcək bütün şəxsləri, o cümlədən yüksək rütbəli ruhaniləri azad etmək üçün məlumatlandıracağıq”, – Robert Amsterdam jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda Avropa Şurası Parlament Assambleyasına, Avropa İnsan Hüquqları Məhkəməsinə və digər qurumlara müraciətlər hazırlanır. Samvel Karapetyan dövlət çevrilişinə açıq çağırışda ittiham olunaraq iyunun 18-dən İrəvanda həbsdədir.

Cinayət işinə onun nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən tənqid edilən Erməni Apostol Kilsəsinə dəstək çıxışı səbəb olub. Çevriliş cəhdi ilə bağlı bir neçə din xadimi, o cümlədən Ermənistan hakimiyyətini tənqid edən “Müqəddəs Mübarizə” hərəkatının üzvləri də həbs edilib. Onlar özlərini təqsirli bilmirlər.

//Samir Qurbanov, Editor.az

Избранный
18
7
editor.az

8Источники