RU

Tolstoy Putini söyən Limonovu hörmətlə andı

Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoy Latviyadan deportasiya edilən Rusiya vətəndaşlarının müdafiəsi üçün hökuməti hərəkətə keçməyə çağırıb.

Musavat.com xəbər verir ki, o, bu barədə Dumada çıxışında danışıb.

Pyotr Tolstoyun sözlərinə görə, bu insanlar “sadəcə olaraq dil imtahanından keçmədiklərinə görə ölkədən çıxarılırlar”.

Latviyanın Miqrasiya və Vətəndaşlıq Departamentinin məlumatına əsasən, 841 rusiyalı 13 oktyabra qədər ölkəni tərk etməlidir. Yeni qaydalara görə, Ukraynada müharibənin başlamasından sonra oturum icazəsinin uzadılması üçün latış dili imtahanı məcburi şərtə çevrilib.

Tolstoy çıxışı zamanı qeyd edib ki, deportasiya olunanlar arasında 74 yaşlı bir pensiyaçı da var:

Tolstoy həmçinin çıxışı zamanı gözlənilmədən ölən siyasətçi Eduard Limonovu da xatırladıb. O, qeyd edib ki, Limonovun rəhbərlik etdiyi milliyyətçi hərəkat 20 il əvvəl Baltikyanı ölkələrdə rusdilli əhaliyə qarşı diskriminasiyaya etiraz edirdi və o dövrdə “Bizim qocalarımız üçün qulaqları kəsəcəyik” şüarından istifadə olunurdu.

Qeyd edək ki, milliyyətçi-bolşeviklər (NBP üzvləri) bu şüardan 2004-cü ildə Rusiya Səhiyyə Nazirliyinin binasını ələ keçirdikləri zaman da istifadə etmişdilər. Onlar həmin vaxt “Bizim qocalarımız üçün qulaqları kəsəcəyik” şüarını səsləndirir, o dövrdəki səhiyyə naziri Mixail Zurabovun istefasını tələb edir və onu pensiyaçıların sosial imtiyazlarını ixtisar etməkdə ittiham edirdilər.

Hadisə zamanı NBP fəalları Vladimir Putinin portretlərini pəncərələrdən atmış və içəri daxil olan təhlükəsizlik qüvvələrinə səslənərək Putinə “qulluq etmələrini” təhqiramiz şəkildə ifadə etmişdilər.

Tolstoyun bu çıxışı bəzi müşahidəçilər tərəfindən Rusiyanın hakimiyyət dairələrindəki gərginliyin və Putinə dolayı mesajın göstəricisi kimi dəyərləndirilir. O, çıxışında birbaşa prezidentin adını çəkməsə də, “insanların dövlət tərəfindən unudulduğunu” vurğulaması diqqət çəkib.

Musavat.com

Избранный
44
50
musavat.com

10Источники