RU

ATƏT sədri sülhə görə Nikol Paşinyanı təbrik etdi

BAKI, 14 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtoneni qəbul edib.

Teleqraf xəbər verir ki, baş nazir ATƏT ilə səmərəli əməkdaşlığın vacibliyini vurğulayaraq, ötən illər ərzində fəal dialoqun qurulduğunu qeyd edib.

Nikol Paşinyan təşkilatın məsuliyyət zonasında təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün ATƏT-in rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb.

Elina Valtonen Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması münasibətilə təbriklərini çatdırıb, bunun Ermənistanın sabit gələcəyinin qurulması və regionda əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Həmsöhbətlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, demarkasiya prosesinin davam etdirilməsi, regional proseslərlə bağlı məsələlərə toxunublar.

Ermənistan-Avropa İttifaqı münasibətlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Избранный
12
teleqraf.com

1Источники