RU

İtaliya Prezidenti və Papa Leo Yaxın Şərqdəki atəşkəsdən danışıblar

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Roma, 14 oktyabr, AZƏRTAC

İtaliya Prezidenti Sercio Mattarella Romanın “Quirinale” Sarayında Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, katoliklərin ruhani lideri Müqəddəs Taxt-Tac ilə İtaliya arasında mövcud olan ikitərəfli münasibətləri, ardıcıl olaraq səmimi dostluq və səmərəli qarşılıqlı əməkdaşlığı qeyd edib.

Pontifik Yaxın Şərqdə atəşkəs fonunda hazırda yaranan ümid qığılcımının inamla dəstəklənməsinin vacibliyini bildirib. Qeyd edib ki, hər iki xalq üçün vahid dövlət həllinin işə salınması regionda davamlı sülh və təhlükəsizliyin yeganə şərtidir.

Sercio Mattarella isə girovların azad edilməsinin böyük dəyərə malik olduğunu deyib, Qəzzadakı atəşkəsin münaqişədən əziyyət çəkən mülki əhaliyə yardım göstərməyə başlamağa imkan verdiyini bildirib.

Qeyd edək ki, bu, Papa Leonun mayın 8-də pontifikatının başlanmasından bəri ilk dövlət səfəridir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
azertag.az

2Источники