Ajans.az xəbər verir ki,bu barədə RBC-Ukrayna mənbələrə istinadla xəbər yayıb. Məlumata görə, Truxanovla yanaşı, sabiq deputat Oleh Tsarev və balet artisti Sergey Polunin də vətəndaşlıqdan məhrum olunublar. Truxanovun Rusiya pasportuna sahib olması və dövlət əleyhinə çıxışlar etməsi ilə bağlı iddialar daha əvvəl ictimai müzakirələrə səbəb olmuşdu. Prezident Aparatının saytında onun vətəndaşlıqdan çıxarılmasını tələb edən petisiya da 25 min imza toplayıb. Zelenski həmçinin bəyan edib ki, Rusiya ilə əlaqəli şəxslərlə bağlı fərmanlar imzalanıb və müvafiq araşdırmalar davam edir.