RU

“Time” jurnalındakı şəkli Trampı QƏZƏBLƏNDİRDİ: “Tarixdəki ən pis şəkildir” – FOTO

Tramp “Time” jurnalındakı fotosundan narazı qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.

Tramp “Time” jurnalının üz qabığında yerləşdirilən fotosundan narazılığını bildirib və onun dəyişdirilməsini tələb edib.

“Time jurnalında haqqımda nisbətən yaxşı məqalə yazılıb, amma foto, yəqin ki, bütün dövrlərin ən pisidir.

Saçlarım sanki yox olub, başımın üstündə isə kiçik, üzən tac kimi bir şey görünür. Həqiqətən qəribədir!

Heç vaxt müxtəlif bucaqlardan çəkilməyi sevməmişəm, amma bu şəkil çox uğursuzdur və geri götürülməyə layiqdir. Onlar nə edirlər və niyə belə etdilər?” – Tramp qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
27
interpress.az

1Источники