RU

Lukaşenko Nobel mükafatından imtina edib

Belarus prezidenti Aleksandr Lukaşenko ona Nobel mükafatı təklif edilərsə, ondan imtina edəcəyini bəyan edib.

Bakıvaxtı.az "BelTA" xəbər agentliyinə istinadən xəbər verir ki, o, Nobel Komitəsinin siyasiləşmiş struktur olduğunu açıqlayıb.

"Mənə bu mükafat təklif edilsəydi, mütləq ondan imtina edərdim. Çünki Nobel Komitəsinin ümumilikdə dünyada sülhün bərqərar olmasına hansı töhfələr verdiyini biz rəhbərlərimizdən bilirik. Onlar heç nə etməyiblər", - deyə respublika rəhbəri bildirib.

Qeyd edək ki, oktyabrın 10-da Nobel Komitəsi Venesuelanın müxalifət lideri Maria Korine Maçadonun Nobel Sülh Mükafatını aldığını elan edib. 

Gülşən Şərif

Избранный
3
bakivaxti.az

1Источники