RU

Cənub Yük Terminalında aparılan işlər açıqlanıb

Cənub Yük Terminalının layihələndirilməsi artıq 94% bitib, tikinti işləri isə 81% yekunlaşıb.

APA-nın İrana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov Cənub Yük Terminalı ilə bağlı Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünün nümayəndə heyətlərinə məlumat verərkən deyib.

Sədr bildirib ki, terminalın konteyner meydançasında 50%, anbar hissəsində isə təxminən 20% işlər bitib: “Terminalın anbar hissəsinin tikintisinə yeni başlanıb. Terminalın tam funksional işləməsi üçün tələb olunan hissələrin tikintisi bu ilin sonu tamamlanacaq. Terminalın funksional fəaliyyət göstərməsi üçün çatışmayan heç nə yoxdur, terminal hazırda da fəaliyyət göstərir. Terminalda ötən il 800 min ton yük aşırılıb. Yalnız qapalı anbar və bir neçə texniki binalar var ki, o bizim ərazinin kənarındadır. Terminalın bütövlükdə tamamlanması üçün çöl hissədə olan 5 hektar ərazi alınıb bizə verilməlidir”.

Избранный
20
3
apa.az

4Источники