RU

Tramp Tailand və Kamboca arasında sülhə imza atmaq üçün Malayziyaya yollanacaq

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca arasında atəşkəs sazişinin imzalanmasına dəstək məqsədilə oktyabrın 26-da Malayziyaya səfər edəcək.

Oxu.Az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri Mohamad Hasan bildirib.

Onun sözlərinə görə, Malayziya və ABŞ Tailand və Kamboca arasında atəşkəsə dəstək göstərəcəklər və bu da hər iki tərəfdən öz sərhədlərindən bütün minaların və ağır artilleriyanın çıxarılmasını tələb edəcək.

Hasan sazişin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası liderlərinin oktyabrın 26-28-də Malayziyanın paytaxtı Kuala-Lumpurda keçiriləcək görüşü zamanı imzalanacağına ümid bəslədiyini bildirib.

"Biz sammit zamanı bu iki qonşu arasında davamlı sülh və atəşkəsin təmin edilməsi üçün Kuala-Lumpur sazişinin imzalanmasına nail olmaq ümidindəyik", - deyə Hasan bildirib.

Tailand və Kamboca arasında 817 kilometr uzunluğunda quru sərhədin müəyyən edilməməsi səbəbindən yaranmış gərginlik bu ilin iyulunda beşgünlük münaqişə ilə nəticələnib.

Son on ildə iki ölkə arasında döyüş əməliyyatları nəticəsində ən azı 48 nəfər həlak olub, hər iki tərəfdən yüz minlərlə insan öz evlərindən didərgin düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
oxu.az

2Источники