RU

Tramp daha iki ölkəni barışdıracaq - Malayziyaya TARİXİ SƏFƏR

Tramp Tayland və Kamboca arasında sülh sazişinin imzalanması üçün Malayziyaya səfər edəcək.
ABŞ prezidentinin səfəri oktyabrın 26-da baş tutacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri Moxamad Həsən məlumat verib.

Onun sözlərinə görə, Malayziya və ABŞ Tayland ilə Kamboca arasında atəşkəsin əldə edilməsinə vasitəçilik edəcək. Bunun üçün hər iki tərəf öz sərhədlərindən bütün minaları və ağır artilleriya vasitələrini çıxarmalı olacaq.

Tayland və Kamboca arasında delimitasiya olunmamış sərhəd məntəqələri ilə bağlı gərginlik iyul ayında beşgünlük silahlı toqquşmaya çevrilmişdi.

Bizim.Media

Избранный
20
1
bizim.media

2Источники