RU

General: Rusiya NATO-ya hücum etsə, Kalininqrad və Sevastopol məhv ediləcək

Əgər Rusiya NATO ölkəsinə hücum etmək qərarına gəlsə, onun Kalininqrad və Sevastopoldakı hərbi obyektləri ilk saatlarda məhv ediləcək...

Poliqon xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hodces deyib.

O qeyd edib ki, Rusiya ilə NATO arasında toqquşma Ukraynadakı müharibəyə bənzəməyəcək:

"Rusiya 2025-ci ildə Ukraynaya hücum etdiyi kimi Polşaya hücum etsə, NATO-nun hava və quru qüvvələri tərəfindən məhv ediləcək. Əmin ola bilərsiniz: Kalininqrad ilk saatlarda məhv ediləcək, Rusiyanın bütün obyektləri vurulacaq. Rusiyanın Sevastopoldakı istənilən hərbi obyektləri də həmçinin. Ona görə də burada birbaşa müqayisələr yersizdir".

General həmçinin qeyd edib ki, 2014-cü ildə müharibə başlayanda Avropa, ABŞ və Kanada ümumilikdə Ukraynanı dəstəkləyib, lakin bir çox ölkələr hələ də neft və qaz təchizatında Rusiyadan həddən artıq asılıdır:

"İnsanlar deyirdilər ki, dramatik olmayın, Rusiya mühüm ölkədir, nüvə silahı var. Biz hələ 2014-cü ildə Rusiyanın təcavüzünün cəzasız qalmayacağını açıqlaya bilmədik, hətta Minsk razılaşmaları da Rusiyanın davranışını dəyişdirmədi".

O, həmçinin vurğulayıb ki, əgər NATO tammiqyaslı işğala başlayandan dərhal sonra Rusiyaya qarşı daha sərt olsaydı və Ukraynaya öz suverenliyini bərpa etmək üçün lazım olan hər şeyi verəcəyi barədə açıq şəkildə xəbərdarlıq etsəydi, vəziyyət tamam başqa cür olardı, Ukrayna isə başqa mövqedə olardı:

"Əvəzində biz illərlə "Rusiya nüvə silahından istifadə edərsə, necə olacaq", "Bəlkə danışıqlar aparmalıyıq" suallarını verdik. Rusiyanın Ukrayna ərazisindən çıxarılması ilə bağlı danışıqlar aparmalıyıq ruhunda danışaraq illər sərf etdik".

Poliqon.info

Избранный
98
50
poliqon.info

10Источники