RU

Çəkisi az olan şəxslər bu virusa daha tez yoluxur - ARAŞDIRMA

Yaponiyada aparılan genişmiqyaslı tədqiqat çəkisi az olan insanların COVID-19-a daha çox yoluxduğunu və xəstəliyi daha ağır keçirdiyini üzə çıxarıb.

Milli.Az xəbər verir ki, Yaponiya Sağlamlıq Təhlükəsizliyi İnstitutunun 2020-2022-ci illərdə COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən 46 min xəstə üzərində apardığı araşdırma nəticəsində 20-64 yaş arası çəkisi az olan şəxslərdə ağır xəstəlik keçirmə və ölüm riski normadan dəfələrlə çox olub.

Mütəxəssislər bildiriblər ki, bu yaş qrupunda ağır xəstələnmə riski 2,37 dəfə, ölüm riski isə 5,75 dəfə daha yüksəkdir. Alimlər həmçinin obez şəxslərin də ağır simptomlarla qarşılaşma ehtimalının yüksək olduğunu vurğulayıblar.

Bununla yanaşı, İngiltərədə "Stratus" adlı yeni COVID variantının sürətlə yayıldığı qeyd olunur. Mütəxəssislər bu variantın immunitet sistemindən daha asan qaçdığını və Omicron alt növünün "Frankenstein" hibrid forması olduğunu bildiriblər.

Yeni araşdırma həm az çəkinin, həm də artıq çəkənin COVID-19-a qarşı risk faktoru olduğunu bir daha təsdiqləyib.

Fidan
Milli.Az

Избранный
12
3
milli.az

10Источники