RU

Madaqaskar prezidenti ölkəni tərk etdiyini təsdiqlədi

Madaqaskar Prezidenti Andri Rajoelina ölkəni tərk etdiyini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə “Röyters” prezidentin çıxışına istinadən məlumat yayıb. O, şəxsi təhlükəsizliyi üçün belə addım atdığını bildirib. Prezident harada olduğunu açıqlamayıb.

Qeyd edək ki, oktyabrın 11-də Madaqaskarın CAPSAT hərbi qüvvələri paytaxt Antananarivuya yeridilib. Hərbçilərlə hökumət qüvvələri arasında atışma baş verib. Daha sonra isə prezidentin paytaxtı tərk etdiyi xəbəri yayılıb.

Избранный
40
1
sia.az

2Источники