RU

Maduro Nobel laureatını cadugər adlandırdı

BAKI, 14 oktyabr. TELEQRAF

Venesuela Prezidenti Nikolas Maduro müxalifətçi siyasətçi və Nobel sülh mükafatı laureatı Maria Korina Maçadonu cadugər adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Maçadoya 2025-ci il Nobel sülh mükafatının verilməsindən bir neçə gün sonra Maduro onu sərt tənqid edərək “demonik cadugər” adlandırıb,

10 oktyabrda Nobel Komitəsi sülh mükafatına Venesuela müxalifətinin lideri Maria Korina Maçado layiq görüb.

Избранный
11
teleqraf.com

1Источники