RU

Ərdoğan administrasiyası: “Sülh sammiti” Qəzza diplomatiyasında mühüm mərhələ oldu

BAKI, 14 oktyabr. TELEQRAF

Türkiyə prezidentinin administrasiyası Misirdə keçirilən “Sülh sammiti”ni Qəzza zolağında atəşkəsin təmin olunması və regional sabitliyin qurulması istiqamətində mühüm diplomatik mərhələ adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran “X” sosial platformasında paylaşım edib.

“Sammit Qəzzada daimi atəşkəsin əldə olunması və bölgədə sülhün, sabitliyin təmininə yönəlmiş diplomatik səylərin mühüm mərhələsidir. Prezident Rəcəb Tayyib Ərdoğan danışıqlarda bir daha Türkiyənin sülh, ədalət və insanlıq dəyərlərinə əsaslanan prinsipial mövqeyini nümayiş etdirdi və iki dövlətli həll yolunun əhəmiyyətini vurğuladı”, - Duran bildirib.

O həmçinin xatırladıb ki, Türkiyə Ərdoğanın rəhbərliyi ilə İsrailin Qəzzaya qarşı soyqırımına son qoymaq, mülki əhalini qorumaq və humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək üçün fəal diplomatik səylər göstərib.

Duran əlavə edib ki, Ankara Qəzzanın bərpasına, bölgə əhalisinin təhlükəsiz və dinc gələcəyi üçün dəstəyini davam etdirəcək.

Избранный
26
teleqraf.com

1Источники