Amerikanın Time jurnalı ilin ən yaxşı ixtiralarının illik siyahısını təqdim edib.
Bizim.Media xəbər verir ki, redaksiyanın fikrincə, 2025-ci ildə bu siyahıya insanların həyatına ən çox təsir göstərən 300 innovasiya, texnologiya və qacet daxil edilib.
Time jurnalının əməkdaşları ixtiraları müxtəlif kateqoriyalara bölüblər:
“Robot texnikası” bölməsində — ev robotu “Figure 03” və kompakt dron “HoverAir X1 ProMax” qeyd olunub.
“Kosmos” kateqoriyasında — peyk internet ötürmə texnologiyası “AST SpaceMobile BlueBird” və “Vera Rubin” Rəsədxanası yer alıb.
İstehlak cihazları arasında redaksiya aşağıdakıları seçib:
▪️ Apple AirPods Pro 3 qulaqlıqlar;
▪️ 70mai Dash Cam 4K Omni videoqeydiyyat cihaz;
▪️ Biwin mikro-SSD yaddaş daşıyıcı;
▪️ Fujifilm Instax Wide Evo fotoaparaı;
▪️ Huawei Pura 80 Ultra kamera;
▪️ Samsung Micro RGB televizor;
▪️ Tecno Megabook S14 noutbuk.
“Daşınan cihazlar” nominasiyasında ən yaxşılar — “Oura Ring 4” ağıllı üzüyü və “Garmin Index Sleep Monitor” yuxu monitoru olub.
Nəqliyyat vasitələri arasında isə BMW iX3 və BYD Seagull elektrik avtomobilləri fərqləniblər.
Bizim.Media