RU

Tramp: Hər kəsin mümkünsüz dediyi şeyi etdik...

ABŞ Prezidenti Donald Tramp Misirdə keçirilən Qəzzədə atəşkəs və sülh sammitində çıxış edərək diqqətçəkən açıqlamalar verib. O, "Hər kəsin mümkünsüz hesab etdiyi şeyi reallaşdırdıq, Yaxın Şərq üçün daimi sülhü təmin etdik" deyib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, HƏMAS və İsrailin Trampın atəşkəs planı üzərində razılığa gəlməsindən sonra dünya liderləri Misirin Şarm əl-Şeyx şəhərində bir araya gəlib.

Görüşdən sonra Qəzzə üçün niyyət bəyanatı imzalanıb. Sənədi imzalayanların ön sırasında ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Ərdoğan, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Qətər Əmiri yer alıb.

Sammitə ev sahibliyi edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi tədbirdə bildirib:

"Bu faciəli müharibəni bitirmək üçün təqdim etdiyiniz sülh planına görə Sizə və tərəfdaşlarımıza minnətdarıq. İki dövlətli həll bölgədə sülh üçün yeganə yoldur. Müharibə mərhələsini bağlayıb yeni sülh dövrünə keçmək istəyirik."

Lalə Qüdrətova
Milli.Az

Избранный
11
1
milli.az

2Источники