Bakı. Trend:
Özbəkistanın Səmərqənd vilayətində "Birlik - 2025" birgəregional təliminin koordinasiya toplantısı keçirilib.
Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, təlimə cəlb edilən Azərbaycan, Qazaxıstan,Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından olankontingentlərin rəhbər heyəti təlimin tapşırıqları ilə tanışolublar.
Regional təlimin başlanğıc mərhələsi üzrə fəaliyyətlər bölmələrtərəfindən icra edilib.
"Birlik-2025" regional təlimində Azərbaycanın komando və PUAheyətləri təlimin əsas mərhələsinin 20 taktiki epizodu üzrə 14fəaliyyətin icrasında iştirak edəcəklər.